28 iyun 2025 23:32
107

Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün baş verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə siyasətçi “X” hesabında yazıb.

“Bu diplomatiya deyil, bu dəlilikdir. Kibriti barıt çəlləyinə atmırlar. Biz onların Avropanı döyüş meydanına çevirməsinə imkan verməyəcəyik”, - deyə o qeyd edib.