28 iyun 2025 23:03
192

Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub.

“İki sahil” xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsidir.

Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.