28 iyun 2025 21:10
136

Bosniya və Herseqovinada güclü meşə yanğını baş verib

Bosniya və Herseqovinanın Lyubuşki şəhəri ətrafında güclü meşə yanğını baş verib.

“İki sahil” xəbər verir ki, əraziyə dərhal mülki müdafiə qüvvələri və yanğınsöndürənlər göndərilib. Yanğının qismən söndürüldüyü, lakin tüstünün hələ də ətraf ərazilərdən göründüyü bildirilib.

Qərbi Herseqovina Kantonunun Mülki Müdafiə İdarəsinin məlumatına görə, yanğın sürətlə yayılaraq geniş ərazini əhatə edib. Yanğın yaxınlıqdakı yaşayış məntəqələri və biznes binaları üçün təhlükə yaradıb.

Əraziyə digər bölgələrdən də yanğınsöndürənlər cəlb olunub.