Amerikanın təyyarə istehsalçısı Boeing-in səhmləri Hindistanda təyyarə qəzası xəbəri fonunda 7,8% ucuzlaşıb.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Boeing 787-8 Dreamliner təyyarəsi Əhmədabaddan Londona uçarkən binaya çırpılıb.
"Reuters"in verdiyi məlumata görə, ilkin ticarətdə səhmlərin qiyməti 197,3 dollara çatıb.
Korporasiyanın özü hələlik insidentlə bağlı açıqlama verməyib.
Bundan əvvəl göyərtəsində 242 nəfərin olduğu Boeing 787-8 Dreamliner təyyarəsinin qəzaya uğramasının ilk görüntüləri ortaya çıxıb.
Son məlumatlara görə, 110 nəfər ölüb.