Almaniyanın Münxen şəhərində qadın bıçaqla insanlara hücum edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Qeyd olunub ki, hücum nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisənin motivi hələlik bəlli deyil.
Bundan əvvəl Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.