08 iyun 2025 02:29
70

Somali hərbçiləri “Əş-Şəbab”ın üç liderini öldürüb

Somali milli ordusunun milli kəşfiyyat və təhlükəsizlik agentliyinin hərbçiləri “Əş-Şəbab” terror qruplaşmasının üç səhra komandiri zərərsizləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Somali İnformasiya Nazirliyinin “X”də yayılan press-relizində deyilir.

Qeyd olunub ki, Hiranda aparılan dəqiq əməliyyat nəticəsində bu bölgədə terrorçuların basqınlarına rəhbərlik edən Nunule, Qalqadud bölgəsində terror kəşfiyyatının rəhbəri Kaddau və silahlıların təlim bazalarına rəhbərlik edən Makallin Kumar zərərsizləşdirilib.

Somali prezidenti Həsən Şeyx Mohamud “Əl-Şəbab”a qarşı hərtərəfli müharibə aparacağını vəd edib. Hazırda Somali milli ordusuna yerli milislər və Afrika İttifaqı qoşunları dəstək verir.