08 iyun 2025 02:14
78

Almaniya kanslerinin populyarlığı artır

Almaniyanın yeni kansleri Fridrix Mertsin populyarlığı 36%-ə yüksəlib ki, bu da onun vəzifəyə ilk başladığı 4 həftə əvvəllə müqayisədə 13% çoxdur.

“İki sahil” xəbər verir ki, bu, "İnsa" İnstitutunun "Bild" qəzeti üçün keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğuya görə, federal hökumət də Almaniya vətəndaşları arasında getdikcə populyarlaşır. Belə ki, respondentlərin 37% ondan razıdır ki, bu da bir ay əvvəl əldə olunan nəticədən 8% çoxdur.

Bildirilir ki, almanların əksəriyyəti kanslerin miqrasiya siyasəti ilə bağlı mövqeyini bölüşür.