08 iyun 2025 00:16
79

Kral III Çarlzın qvardiyasına qarşı terror aktının qarşısı alınıb

Böyük Britaniyada polis əməkdaşları Kral III Çarlzın qvardiyasına qarşı terror aktının qarşısını alıblar.

“İki sahil” xəbər verir ki, bu barədə “The Sun” qəzeti mənbəyə istinadən yazıb.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Britaniya monarxını mühafizə edən hərbçilərə qarşı törədilən terror aktının qarşısını alıblar.

Belə ki, ötən həftə polis Slau şəhərində hücum və yandırma məqsədi ilə silah saxlamaqda şübhəli bilinən bir gənci saxlayıb. Daha sonra o, terror aktları hazırlamaqda ittiham olunub. Hücum edən şəxsin təkbaşına hərəkət etdiyi güman edilir.

Təhlükəsizliyə görə Koldstrim mühafizəçilərinə iki gün ərzində hərbi geyimdə kazarmadan çıxmamaq əmri verilib. Kazarma Kral iqamətgahı olan Vindzor sarayından iki addımlıqda yerləşir.