07 iyun 2025 22:14
85

Tramp İlon Maska xəbərdarlıq edib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nəticələrlə üzləşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “NBC News”a telefonla müsahibəsində bildirib.

“Əgər bunu etsə, bunun əvəzini ödəməli olacaq. Çox ciddi nəticələr olacaq”, - Tramp vurğulayıb.

Bundan əvvəl Tramp və Mask arasında ictimai qarşıdurma olub, tərəflər bir sıra qarşılıqlı ittihamlar və təhdidlər səsləndiriblər. Prezident qeyd edib ki, Maskla münasibətləri bərpa etmək niyyətində deyil.