Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Hadisə nəticəsində bir neçə nəfər, o cümlədən avtomobilin sürücüsü olduğu iddia edilən şəxsin həyat yoldaşı və qızı xəsarət alıb. Artıq sürücü saxlanılıb.
Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.