07 iyun 2025 20:50
100

Qazaxıstanda uzun müddət axtarılan orta əsr şəhəri tapılıb

Qazaxıstanın Jetısu vilayətində “Petroqlif ovçuları” İctimai Fondunun komandası ehtimal edilən orta əsr şəhərinin qalıqlarını aşkar edib.

“İki sahil” xəbər verir ki, bu barədə təşkilatın təsisçisi Olqa Qumirova bildirib.

“Görünür, uzun müddətdir axtarılan orta əsr şəhərini nəhayət ki, aşkar etmişik. Onun haqqında yazılı mənbələrdə məlumatlar mövcuddur və artıq arxeoloqlar da bu barədə məlumatlıdır. Əvvəlcə karxanada kərpiclə hörülmüş divar qalıqlarına və möcüzəvi şəkildə bu günə qədər salamat qalmış bir qülləyə rast gəldik. Daha sonra torpaqda təbii şəkildə formalaşmış divar izləri müşahidə olundu. Həmin divardan isə orta əsrlərə aid, əridilərək təmizlənmiş kərpiclər çıxarıldı. Məlumata görə, bu şəhər monqol işğalı zamanı amansızcasına yandırılıb”, - deyə Olqa Qumirova vurğulayıb.

Onun sözlərinə görə, aşkar edilən şəhər Böyük İpək Yolu üzərində yerləşir.