02 iyun 2025 11:01
195

30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır

Tarix elə anlarla doludur ki, bəzən bir şəhərin taleyində bütöv bir millətin iradəsi, ağrısı və qüruru cəmlənir. Laçın da məhz belə şəhərlərdən biridir. Bu şəhər, 30 il ərzində sadə-cə coğrafi ərazi deyil, həm də xalqımızın yaddaşında bir nisgil, bir həsrət, amma eyni zamanda bir ümid simvoluna çevrilmişdi. İndi isə həmin Laçında birlikdə dayanmaq qələbənin təkcə zəfər səhnəsi deyil, həm də xalqın mənəvi ucalığının, birliyinin, səbrinin və vəfasının təntənəsidir.Laçında birgə olmağımız millət olaraq keçmişin yaralarına baxıbgələcəyin qurulması üçün bir daha diz çöküb yox, başıdik ayağa qalxdığımızın sübutudur.

Bu torpaqda səslənən hər kəlmə, atılan hər addım, Azərbaycanın dövlətçilik tarixin-də yazılmış ən parlaq səhifələrdən biridir. Burada olmaq, susaraq da danışmaqdır vətə-nin nələr bahasına azad olunduğunu hiss etdirmək, gələcək nəsillərə tarixdən dərs ver-məkdir.30 il ərzində susan dağlar indi bizimlə danışır. O lal səssizlik içində Şəhidlərin nidası, qocaların duası, anaların göz yaşı, körpələrin isə ümid dolu baxışları gizlənmişdi. İndi isə bu səssizlik yerini yeni səsə bərpa edilən həyatın, dirçələn mədəniyyətin və yük-sələn Azərbaycanın səsinə verir. Laçında birlikdə olmaq bu səslərin ahənginə qoşulmaq milli iradənin əzəmətini bir daha dərk etməkdir. Əgər bir millət öz torpağına bu qədər bağlıdırsa, onu heç bir güc tarixdən silə bilməz. Laçının azadlığı bunu sübut etdi. Biz burada yalnız bir ərazini deyil, bir epoxanı azad etdik əsarətin yerini azadlığa, unudulmanın yerini xatırlanmağa verdik. Laçın artıq bir qələbə simvolu deyil, həm də xalqın ruhunun təcəssümüdür. Laçında birgə olmaq bizə tarix boyu yad edilən bir həqiqəti yenidən xatırladır ,torpaq, üzərində yaşadığımız sahə deyil, uğrunda can verilən,yaşa- dan, qoruyan bir Vətəndir. Bu torpaqda Şəhidlərin qanı axıbsa, burada atılan hər addım dua kimi yerə düşür. Burada səslənən hər kəlmə, minlərlə ailənin ürəyində illərlə daşı- dığı həsrətin cavabıdır. Biz indi sadəcə qayıtmırıq biz haqqımızı alırıq. Laçında birgə olmaq təkcə bugünün yox, həm də gələcəyin məsuliyyətini daşımaqdır. Biz bu torpaqlarda gələcək nəsillərə yalnız abad yollar, yenilənmiş binalar deyil, həm də möhkəm milli yaddaş buraxmalıyıq. Çünki bu torpaq bizə təkcə coğrafiya ilə deyil, Şəhid qanı ilə əma-nət edilib. Ona görə də Laçında dayanmaq sadəcə dayanmaq deyil, əyilməmək,unutma- yacağımıza and içməkdir.

Mərdanov Qurban,
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı