Azərbaycan, Türkiyə və Pakistan Respublikaları olaraq bu üç dövlət, bir tarix, bir ruh və bir taleyin təmsilçiləridir. Onları birləşdirən yalnız diplomatik münasibətlər və rəsmi sənədlər deyil, onları birləşdirən ürəklərin qardaşlığı, xalqların dostluğu və ortaq dəyərlərə dayanan sarsılmaz inamdır. Bir millətin üç şanlı budağı kimi ortaq tariximizi, mədə-niyyətimizi, inancımızı və qardaşlıq tellərimizi dərin ehtiramla yad edərək,tarixin tozlu
səhifələrində iz buraxan birlik ruhunu yenidən canlandıraraq,inkişaf,təhlükəsizlik, elm, mədəniyyət, iqtisadiyyat və müdafiə sahələrində ortaq maraqlar naminə bərabərhüquqlu birmənalı və davamlı əməkdaşlıq qurmaq niyyətilə gələcəyin yol xəritəsini birlikdə cızmağa qərarlıyıq. Bu üç ölkə arasında siyasi münasibətlər yalnız sadə tərəfdaşlıqdan ibarət deyil bu, tam və açıq qardaşlıq münasibətləridir. Pakistan və Türkiyə, Azərbaycanın beynəlxalq arenada üzləşdiyi çətinliklərdə, xüsusən də Qarabağ müharibəsində, sarsılmaz dəstək göstərmişdir. Azərbaycan da eyni şəkildə, hər iki ölkənin suverenliyi və təhlükəsizliyi məsələlərində daim onların yanında olmuşdur. 2021-ci ildə Bakı şəhərində keçirilən “Üç Qardaş” görüşü, bu
əməkdaşlığın rəsmi və simvolik zirvəsi kimi tarixə düşmüşdür. Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi əməkdaşlıq son illərdə yeni mərhələyə qədəm qoymuşdur. “Üç Qardaş” adlı ortaq hərbi təlimlər, yalnız taktiki koordinasiyanın deyil, həm də strateji birliyin göstəricisidir. Bu
təlimlər vasitəsilə ölkələr terrorla mübarizə, kiber təhlükəsizlik, sərhəd təhlükəsizliyi kimi sahələrdə bir-birindən öyrənir və müdafiə qabiliyyətlərini gücləndirirlər. Bu birlik, həm də regionda sabitliyin və sülhün qorunması üçün güclü bir sipərdir. Bu qardaşlıq yalnız siyasət və iqtisadiuyatla məhdudlaşmır. Üç xalq arasında dil, din, ədəbiyyat, musiqi və mətbəx yaxınlığı bu bağları daha da gücləndirir. Tələbə mübadiləsi, ortaq film və sənədli layihələr, ədəbiyyat festivalları və elm sahəsində əməkdaşlıq bu sahədəki yaxınlığı daha da möhkəmləndirir. Hər üç ölkədə bir-birinə olan sevgini ifadə edən küçələr, abidələr, məktəblər və parklar bu bağın simvoludur. Ən böyük sərmayə gəncliyə edilən sərmayədir. Üç qardaş ölkə gənclər arasında əlaqələrin möhkəmləndirilməsinə, birgə layihələrə, liderlik proqramlarına və təhsil əməkdaşlığına xüsusi önəm verir. Gənclər arasında keçirilən forumlar, düşərgələr və müsabiqələr bu ruhun gələcək nəsillərə ötürülməsini təmin edir. Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər sadəcə ə-
məkdaşlıq deyil, qardaşlıq modelidir. Bu model regional sabitlik, ümumi rifah və mədəni dirçəliş üçün nümunə ola bilər. Bu əlaqə tarixin, vicdanın və gələcəyin çağırışına verilən cavabdır.
Ülviyyə Fətullayeva,
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi