01 iyun 2025 12:44
173

"İnter Mayami"dən növbəti qələbə

ABŞ-nin MLS liqasının növbəti turunda "İnter Mayami" evdə "Kolambus Kryu"nu qəbul edib.

“İki sahil” xəbər verir ki, görüş ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandada argentinalı hücumçu Lionel Messi dublla və iki məhsuldar ötürmə ilə yadda qalıb. Luis Suares, Tadeo Alyende və Fafa Piko hərəyə bir qol vurublar. Qonaqların yeganə qoluna isə Sezar Ruvalkaba imza atıb.

"İnter Mayami" MLS-in Şərq Konfransında 16 matçda 29 xal toplayaraq üçüncü yerdədir. "Kolambus Kryu" 17 matçda 28 xal toplayıb və Şərq Konfransında beşinci pillədə qərarlaşıb.