17 iyun 2026 22:57
92

Qısaboy olsa da, rekorda hazırlaşır

Portuqaliya millisinin yarımmüdafiəçisi Joau Neveş 21-ci əsrdə dünya çempionatlarında başla qol vuran ən qısaboylu ikinci futbolçu olub.

“Opta Sport”un məlumatına görə, Neveşin boyu 174 sm təşkil edir. Bu göstəricidə ondan bir qədər qısa olan uruqvaylı Xorxian de Arraskaeta (173 sm) siyahıda birinci yerdədir.

Qeyd edək ki, bu göstərici DÇ-2026-nın K qrupunda Portuqaliya - Konqo DR matçında qeydə alınıb. Qarşılaşmada hesab hazırda 1:1-dir.

QOL.az