01 iyun 2025 11:55
165

Poqba karyerasını bu klubda davam etdirmək istəyir

Pol Poqbanın meneceri futbolçunu Türkiyənin "Trabzonspor" klubuna təklif edib.

“İki sahil” xəbər verir ki, 2024-cü ilin noyabrında 1.5 illik dopinq cəzası alan və karyerasında yeni səhifə açmaq istəyən yarımmüdafiəçi "Trabzonspor"a təklif olunub.

Lakin Qaradəniz təmsilçisi bu təklifə heç bir cavab verməyib.

Qeyd edək ki, "Trabzonspor" 35 turdan sonra Super Liqada 7-ci pillədə qərarlaşıb.