16 may 2025 15:39
150

“Qalatasaray” da onu istəyir, “Fənərbağça” da...

Türkiyənin “Fənərbağça” və “Qalatasaray” komandaları İspaniyanın "Real Madrid" klubunun ukraynalı qapıçısı Andrey Lunini heyətlərinə qatmaq istəyirlər.

“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, 26 yaşlı qolkiper İstanbul nəhənglərinin transfer siyahısında yer alır.

L. Andreylə Türkiyə təmsilçiləri ilə yanaşı, İspaniya və İtaliya klublarının da maraqlandığı bildirilib.

Qeyd edək ki, qapıçının "Real Madrid"lə müqaviləsi 2030-cu ilin yayına kimidir.