16 may 2025 12:19
138

"Fənərbaxça"da yeni müqavilə

"Fənərbaxça" futbolçusu İsmail Yükseklə müqavilə müddətini uzadıb.

“İki sahil” xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin 2027-ci il yayında bitəcək sözləşməsi daha bir mövsümlük artırılıb. Bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, İsmail Yüksek bu mövsümdə komadanın heyətində meydana çıxdığı 28 oyunda 2 qol ötürməsi edib.