12 may 2025 17:35
127

AZAL Bakı-Astana reyslərinin sayını artırır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sabahdan Bakıdan Qazaxıstanın paytaxtı Astanaya reyslərin sayını artıracaq.

“İki sahil” xəbər verir ki,  bu barədə “Report” ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Məlumata görə, reyslərin həftəlik sayı 3-dən 4-ə qaldırılacaq.

Bundan başqa, mayın 31-dən "Air Astana" aviaşirkəti Atırau-Bakı-Atırau marşrutu üzrə uçuşlara başlayacaq. Uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Uçuş müddəti 1 saat 25 dəqiqə təşkil edəcək.