SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Qax rayonunda baş tutub. Birlik rəhbəri Qax, Şəki və Oğuz rayonlarından qəbula gələn vətəndaşların müraciət və şikayətlərini dinləyib.
“İki sahil” xəbər verir ki, müraciətlər əsasən işə qəbul, iş yerinin dəyişdirilməsi, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilməsi, fərdi yaşayış evinin qazlaşdırılması, qaz sayğacının əvəzlənməsi və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub.
Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.
Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi