12 may 2025 09:26
100

Zukerberq: "Süni intellekt dostları və psixoloqları əvəz edəcək"

"Meta" şirkətinin baş direktoru Mark Zukerberq süni intellektin insan həyatındakı gələcək rolu ilə bağlı cəsarətli proqnozlar verib.

Onun fikrincə, süni intellekt dost və əlçatan psixoterapevt funksiyalarını yerinə yetirərək, təklik və qarşılıqlı insan əlaqəsi çatışmazlığı problemini həll etməyə qadirdir.

“İki sahil” xəbər verir ki, milyarder bu barədə Dvarkeş Patelin "AI Will Write Most Meta Code in 18 Months" podkastında bildirib.

M.Zukerberqin sözlərinə görə, müasir insanlar sosial əlaqələrin qurulmasında ciddi çətinliklərlə üzləşirlər.

O bildirib ki, orta statistik amerikalı üçdən az yaxın təmasa malikdir, hərçənd ünsiyyətdə ehtiyac təqribən 15 nəfər təşkil edir:

"Virtual həmsöhbətlər canlı ünsiyyəti tam əvəz edə bilməsələr də, real təmaslar tapmaqda çətinlik çəkən və ya peşəkar psixoloji yardım ala bilməyənlər üçün bu boşluğu doldura bilərlər".