12 may 2025 08:40
101

Yaponiya elektromaqnit topun prototipini sınaqdan keçirməyi planlaşdırır

Yaponiya Müdafiə Nazirliyi relsotronun - elektromaqnit rels topunun tammiqyaslı prototipini yaxın zamanda sınaqdan keçirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, relsotron elektromaqnit relslərin köməyi ilə mərminin sürətini artırır və uzaq mənzilə, dəqiqləyə malikdir.

Bildirilir ki, o hipersəsli döyüş bloklarını effektiv şəkildə vura bilər. Nazirlik "Aegis" çoxməqsədli izləmə və hədəfləmə sistemləri olan gəmiləri bu cür silahla təchiz etməyə hazırlaşır.

Qeyd edək ki, Yaponiya hakimiyyəti rels topunun hazırlanmasına 2016-cı ildə başlayıb.