11 may 2025 14:00
151

Ermənistanda şagirdlər valideynləri tərəfindən məktəbə buraxılmır

Ermənistanda onlarla şagird valideynləri tərəfindən məktəbə buraxılmır.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 4-ü birinci, 13-ü isə 12-ci sinif şagirdi olmaqla, ümumilikdə 27 şagird valideynləri tərəfindən məktəbə buraxılmayıb.

Şagirdlərin təhsillərini hansı səbəbdən yarımçıq qoymalarının səbəbi açıqlanmır.

Qeyd edilir ki, 2024/2025-ci illər üzrə tədris ilinin əvvəlində ümumilikdə 82 şagird təhsilini yarımçıq qoyub.

Dərs ilində 51 şagird dünyasını dəyişib.