11 may 2025 11:10
95

7 illik fasilədən sonra Bundesliqaya qayıtdılar

Almaniya Bundesliqasına yüksələn ilk komanda bəlli olub.

“İki sahil” xəbər verir ki, "Hamburq" 7 ildən sonra elitaya vəsiqə qazanıb.

Komanda 2-ci Bundesliqanın 33-cü turunda "Ulm" üzərində 6:1 hesablı qələbədən sonra 59 xal toplayaraq sona 1 tur qalmış turnir cədvəlinin lideri olub. Merlin Polzinin çalışdırdığı kollektiv mövsümün son turundan əvvəl Bundesliqaya vəsiqəni təmin edib. 

Qeyd edək ki, "Hamburq" 2017/18 mövsümündə Bundesliqadan düşmüşdü.