09 may 2025 18:26
130

"Neftçi” “Turan Tovuz”la oyuna itkilərlə çıxacaq

“Neftçi” Premyer Liqanın 34-cü turunda “Turan Tovuz”la keçiriləcək oyuna itkilərlə çıxacaq.

“İki sahil” xəbər verir ki, Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar. Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda təşkil olunacaq “Turan Tovuz” – “Neftçi” matçı saat 19:30-da başlayacaq.