Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
“İki sahil” xəbər verir ki, yığma Belarus seçməsi ilə üz-üzə gəlib. Binə stadionundakı qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə bitib - 2:1.
Qeyd edək ki, komandalar noyabrın 11-də növbəti dəfə qarşılaşacaqlar.