09 may 2025 16:37
124

Salah 3-cü dəfə ilin futbolçusu seçildi

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərədə Futbol Yazarları Assosiasiyası (FWA) tərəfindən mükafata layiq görülüb.

“İki sahil” xəbər verir ki, misirli hücumçu Premyer Liqada ilin ən yaxşı futbolçusu seçilib.

Salah səslərin 90 faizini toplayıb ki, bu da 21-ci əsrdə ən yüksək nəticədir.

Salah üçüncü dəfə bu mükafatı qazanmaqla Tyerri Anrinin rekordunu təkrarlayıb. O, bundan əvvəl 2018 və 2022-ci illərdə ən yaxşı seçilib.

Qeyd edək ki, Salah bu mövsüm bütün turnirlərdə "Liverpul" forması ilə 49 oyuna çıxıb, 33 qol vurub və 23 məhsuldar ötürmə edib. 32 yaşlı futolçu "Liverpul"la bu mövsümün qalibi olub.