09 may 2025 14:51
118

Tarixdə 3-cü dəfə

"Mançester Yunayted" Avropa Liqasının yarımfinalında "Atletik"i, "Tottenhem" isə "Budo-Qlimt"i üstələyərək finala adlayıb. Bu da o deməkdir ki, turnirin həlledici matçında 2 İngiltərə klubu üz-üzə gələcək.

“İki sahil” xəbər verir ki, belə hal tarixdə ümumilikdə 3-cü dəfə baş verəcək. 

Tək matçlardan ibarət finalları nəzərə alsaq, ilk dəfə bu, 2019-cu ildə qeydə alınıb. Həmin vaxt Bakıda keçirilən Avroliqa finalında “Çelsi” “Arsenal”ı böyük hesabla məğlub edib – 4:1.

İki görüşdən ibarət finalları da nəzərə aldıqda isə, UEFA kubokunun 1971/72 mövsümünün finalı yada düşür.  Burada “Tottenhem” “Vulverhempton”a qalib gəlib (ümumi hesabda 3:2).

Qeyd edək ki, Avroliqanın final oyunu mayın 21-də Bilbaodakı "San Mames Stadium"da keçiriləcək.