09 may 2025 13:13
129

İki velosipedçimiz Özbəkistandakı turnirdə medal qazanıb

Azərbaycanın iki velosipedçisi Özbəkistanda keçirilən "Silkway Namangan" beynəlxalq turnirində medal qazanıb.

Bu barədə "İki sahil"ə Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Artyom Proskuryakov (Skretç) və Viktoriya Sidorenko (Sprint qrup yarışı) bürünc mükafata sahib çıxıblar.