Efiopiya qəhvə istehsalçıları bu ilin sonuna qədər hər bir çatdırılmanın dəqiq geolokasiyasını tələb edən Avropa İttifaqının yeni ekoloji tələblərinə cavab verə bilməyəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Məqalə müəllifləri xatırladır ki, 2026-cı il yanvarın 1-dən istehsalçılar qəhvənin son vaxtlar meşələrin qırıldığı ərazilərdə yetişdirilmədiyini sübut edə bilməsələr, Avropa ölkələrinə ixraca məhdudiyyət qoyulacaq.

Aİ təchizatların coğrafi məlumatlarını peyk şəkilləri və meşə örtüyü xəritələri ilə müqayisə edəcək.
“Stellar Beans” şirkətinin kommersiya nümayəndəsi Frensis Devid bildirib ki, sanksiyalar Rusiyaya qəhvə tədarükünə ciddi təsir göstərmir, lakin ödənişlərin həyata keçirilməsində çətinliklər var.
Tramp: ABŞ və Çin hər iki ölkənin qarşısında duran məsələlərdə uğurlar əldə ediblər
Dövlət Departamenti diplomatlara müraciət edib: "Superintellekt" terminindən istifadə edin
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib
Respublikaçılar seçkiöncəsi reklamlara çəkilən xərclərə görə demokratları qabaqlayıblar