Qazaxıstanın Manqistau vilayətində baş vermiş hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 12-yə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəsmi "Telegram" kanalında bildirilib.
Məlumata görə, təlim-döyüş tapşırığının icrası zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən 17 hərbi qulluqçunu dənizdə axın aparıb. Üç nəfəri xilas etmək mümkün olub, iki nəfərin axtarışları davam edir.
Hadisə yerində axtarış-xilasetmə işləri Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayevin rəhbərliyi altında gücləndirilmiş rejimdə davam etdirilir.
Tramp: ABŞ və Çin hər iki ölkənin qarşısında duran məsələlərdə uğurlar əldə ediblər
Dövlət Departamenti diplomatlara müraciət edib: "Superintellekt" terminindən istifadə edin
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib
Respublikaçılar seçkiöncəsi reklamlara çəkilən xərclərə görə demokratları qabaqlayıblar