Avropa ölkələri hesab edir ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı istənilən razılaşma Ukraynanın ərazi bütövlüyü prinsipini nəzərə almalıdır.
“İki sahil” xəbər verir ki, bu barədə AFP-yə Yelisey sarayının nümayəndəsi məlumat verib.
Fransa prezidenti Emmanuel Makronun ofisi agentliyə bildirib ki, Ukraynanın ərazi bütövlüyü avropalılar üçün çox vacib tələbdir.
Bu arada Böyük Britaniyanın baş naziri Starmerin nümayəndəsi ABŞ-ın Rusiya və Ukraynanın təklif olunan şərtlərlə razılaşmadığı təqdirdə danışıqlar prosesindən çıxmaqla hədələməsini şərh edib: “Ukrayna son nəticədə öz gələcəyini özü həll etməlidir. Biz heç vaxt Ukraynanı tərk etməyəcəyik”.