23 aprel 2025 15:39
162

Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib YENİLƏNİB/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

“İki sahil” xəbər verir ki, abidənin yerləşdiyi meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.