22 aprel 2025 23:36
133

Şəhidlərin xatirəsinə həsr olunan idman yarışları

Cəlilabadda Göytəpə şəhər 1 saylı tam orta məktəbin idman zalında  təşkil edilən Vətən müharibəsinin zəfər  şəhidi Ümid Qasımzadənin xatirəsinə həsr olunmuş ağırlıqqaldırma idman növü üzrə rayon turnirdə 8 çəki dərəcəsi üzrə 40 nəfər idmançı öz qüvvəsini sınayıb. 

Gərgin və maraqlı keçə yarışın qaliblərinə təşkilatçı  olan  Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medallarla verilib.

Yardımlı rayonunda isə  Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı  sayəsində Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş futzal idman növü üzrə rayon turniri baş tutub. 4 saylı tam orta məktəbdə  keçirilən yarışda 6 məktəbin komandası mübarizə aparıb.  Bütün rəqiblərini qalib gələn Ostair kənd tam orta məktəbin komandası turnirin  birincisi  olub.  Bir, iki, üçüncü yerləri tutan qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif olunublar.

Zəfər Orucoğlu, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü