01 sentyabr 2026 13:21
101

BMT-nin nüfuzunu bərpa etmək lazımdır

Qlobal və regional əməkdaşlığı təşviq edən təsisatlar daha uyğunlaşdırılmış və səmərəli fəaliyyət göstərməlidir.

“İki sahil” xəbər verir ki, bu sözləri ÇXR sədri Si Çinpin Bişkekdə "ŞƏT+" formatında keçirilən sammitdə çıxış edərkən vurğulayıb.

Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr Birləşmiş Millətlər Təşkilatının (BMT) nüfuzunu bərpa etmək üçün birgə səylər göstərməlidirlər.

"BMT-nin nüfuzunu bərpa etmək, təşkilata yeni nəfəs vermək lazımdır", - deyə o, qeyd edib.