01 sentyabr 2026 11:13
78

Kallas: Aİ Ukrayna üçün HHM raketləri axtarır

Avropa İttifaqı Kiyev üçün istifadə müddəti bitməkdə olan HHM sistemləri raketlərinin axtarışını intensiv şəkildə davam etdirir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ müdafiə nazirlərinin İrlandiyadakı kurortunda keçirilən qeyri-rəsmi görüşünə gələrkən bəyan edib.

"Ukraynanın əsas problemi HHM raketləridir. Biz bilirik ki, bəzi Aİ ölkələrində hələ də saxlanma müddəti tezliklə başa çatacaq belə raketlər var. Əgər onlar bu raketləri Ukraynaya versələr, çox yaxşı olardı", - deyə Kallas bildirib.