Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) Nepal polisinin son rəqəmlərinə istinadən məlumat yayıb. Yerli vaxtla 31 avqust saat 20:00-a (Bakı vaxtı ilə 18:15) olan məlumata görə, təbii fəlakət qurbanlarının sayı 974 nəfərə çatıb. Təbii fəlakət avqustun 26-sı səhər saatlarında Nepalın şimalında baş verib. İlkin məlumata görə, daşqına Çinlə sərhəddə baş verən uçqun səbəb olub. Güclü su, palçıq və dağ süxurları axını çay yatağı boyunca böyük sürətlə 70 km-dən çox məsafəni qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və geniş ərazinin su altında qalmasına səbəb olub.
Paşinyan Bişkekdə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın vacibliyini bəyan edib
Hücumlar nəticəsində altısı "Ukrayna Dəmir Yolları"nın (UDY) işçisi olmaqla, yeddi nəfər ölüb