22 aprel 2025 16:18
343

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin şikayətini qismən təmin edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə” klubu tərəfindən verilən apellyasiya şikayətini qismən təmin edib.

“İki sahil” xəbər verir ki,  milli assosiasiyadan verilən məlumata görə, paytaxt təmsilçisinin U-17 komandasının futbolçusu Qurban Cəlilovla bağlı İntizam Komitəsinin qərarı dəyişdirilib.

U-17 Liqasının “Qarabağ”la matçında rəqibi təhqir etdiyinə görə 3 oyun diskvalifikasiya edilən futbolçunun cəzası azaldılıb. Belə ki, cəzanın ikisi şərti olaraq dəyişdirilib, 3 ay sınaq müddəti müəyyən olunub . Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.

Bildirilib ki, maraqlı tərəflər Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdirlər.