22 aprel 2025 00:56
90

Ronaldo transfer olur?

Səudiyyə Ərəbistanının "Ən-Nəsr"ində çıxış edən Kriştianu Ronaldu komandasını dəyişəcəyi barədə xəbər yayılıb.

“İki sahil” xəbər verir ki, buna səbəb futbolçunun 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak etmək istəməsidir.

"Sport Bible"in jurnalisti Nasir Cabbarın məlumatına görə, 2 ingilis komandası portuqaliyalını heyətində görmək istəyir.

İddia olunur ki, Ronaldo "Çelsi" və ya "Mançester Siti" klubu ilə bir aylıq müqavilə bağlayacaq