"Bayer"in futbolçusu Conatan Ta mövsümün sonunda komandadan ayrılacaq.
"İki sahil" xarici KİV-ə istinadən verir ki, almaniyalı müdafiəçi yayda başa çatacaq müqaviləsini yenilməyəcəyini açıqlayıb:
"Klub bunu bilir. Mən hər şeyi tam şəffaflıqla çatdırmışam" - deyə futbolçu bildirib.
Qeyd edək ki, Conatan Ta 2015-ci ildən "Bayer"də çıxış edir. Almaniya millisinin də üzvü olan 29 yaşlı futbolçu bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 45 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onunla "Barselona" yaxından maraqlanır.