"Liverpul"un yay transfer pəncərəsi üçün daha bir hədəfi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.
"Mersisaydlılar" "Brentford"un hücumameyilli yarımmüdafiəçisi Brayan Mbemonu heyətinə qatmağı planlaşdırırlar. Baş məşqçi Arne Slot onun komandanın hücum xəttini gücləndirəcəyinə inanır.
25 yaşlı vingerin transfer dəyəri 50 milyon avro qiymətləndirilir. Futbolçunun "Brentford"la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Brayan İngiltərə Premyer Liqasının cari mövsümündə 33 oyun keçirib, 18 qol vurub və 6 qolun ötürməsini verib. O, 2019-cu ildən bu komandada çıxış edir.