Azərbaycan və Gürcüstan arasında formalaşmış strateji tərəfdaşlıq münasibətləri siyasi, iqtisadi və mədəni sahələrlə yanaşı, parlamentlərarası əməkdaşlıqda da özünü aydın şəkildə göstərir. Hər iki ölkənin parlamentləri arasında qurulan əlaqələr qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsiplərinə əsaslanır. Bu münasibətlər regionda demokratik dəyərlərin, qanunvericilik təcrübəsinin və beynəlxalq hüququn təşviqinə xidmət edir.
Azərbaycan Respublikasının Milli Məclisi və Gürcüstan Parlamentində fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları iki ölkə arasında qanunvericilik sahəsində əməkdaşlığın əsas sütununu təşkil edir. Hər iki tərəfdə fəaliyyət göstərən bu qruplar mütəmadi olaraq görüşlər keçirir, qanunvericilik təşəbbüsləri barədə fikir mübadiləsi aparır və ikitərəfli münasibətlərin hüquqi bazasının gücləndirilməsinə çalışırlar. Bu əlaqələr vasitəsilə parlamentlər bir-birinin qanunvericilik təcrübəsindən bəhrələnmək imkanı qazanır.
Azərbaycan və Gürcüstan Parlament sədrləri və deputatlar arasında baş tutan rəsmi səfərlər ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Milli Məclis sədri və Gürcüstan Parlamentinin spikeri arasında keçirilən görüşlər zamanı regional təhlükəsizlik, enerji siyasəti, nəqliyyat layihələri, sərhəd əməkdaşlığı və digər mühüm məsələlər ətrafında müzakirələr aparılır. Parlamentlər səviyyəsində həyata keçirilən bu dialoq dövlətlərarası münasibətlərin və davamlı siyasi sabitliyin təmin olunmasına töhfə verir.
Azərbaycan və Gürcüstan Parlamentləri beynəlxalq parlament təşkilatları çərçivəsində də fəal əməkdaşlıq edir. Hər iki ölkə ATƏT parlament Assambleyası, Qara Dəniz İqtisadi Təşkilatı (QDİƏT), GUAM və digər regional qurumlarda birgə çıxış edərək ümumi maraqları müdafiə edirlər. Bu əməkdaşlıq çərçivəsində parlamentlər həm regional, həm də beynəlxalq səviyyədə ortaq mövqe nümayiş etdirirlər.
Son illərdə gənc millət vəkilləri arasında da əməkdaşlıq münasibətləri artmaqdadır. Parlamentlərarası təlim proqramları, seminarlar və təcrübə mübadilələri gənc parlamentlərin beynəlxalq təcrübə qazanmasına şərait yaradır. Bu təşəbbüslər eyni zamanda, gələcəkdə də iki ölkənin qanunverici orqanları arasında daha möhkəm və dinamik əlaqələrin formalaşmasına zəmin yaradır.
Azərbaycan və Gürcüstan Parlamentəri arasında qurulan sıx və konstruktiv münasibətlər təkcə ikitərəfli əməkdaşlığın dərinləşməsinə deyil, həm də regionda sabitliyin və hüquqi əsasların möhkəmlənməsinə xidmət edir. Bu əlaqələr siyasi dialoqun mühüm komponenti olmaqla yanaşı, xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın daha da gücləndirilməsinə yönəlmişdir. Gələcəkdə bu münasibətlər daha da inkişaf edəcəyi və yeni əməkdaşlıq istiqamətlərinin yaranacağı şübhəsizdir.
Aygün Xudayeva,
48 nömrəli məktəbin müəllimi