Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün üçüncü yerin sahibi müəyyənləşəcək.
“İki sahil” xəbər verir ki, "Neftçi" "Xilasedici" ilə münasibətlərə aydınlıq gətirəcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılşama saat 17:00-da start götürəcək. Komandalar arasında ilk oyunda “Xilasedici" rəqibini 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki,reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.