21 aprel 2025 10:00
122

Azarkeşlər Mbappeni fitə basdılar

“Real”ın futbolçusu Kilian Mbappenin son oyunlardakı zəif çıxışı azarkeşlərin narazılığına səbəb olub.

“İki sahil” xəbər verir ki, fanatlar La Liqanın 32-ci turunda ötən gecə "Atletik"lə keçirilən görüşdə fransalı hücumçunu fitə basıblar.

Mbappe cəzalı olduğundan oyunu buraxsa da, görüşün 20-ci dəqiqəsində böyük ekranda göstərilən zaman azarkeşlər onu fitə basıblar.

Mbappe ardıcıl 5 oyundur ki, nə qol vurur, nə qol ötürməsi edir. Bu, 2018-ci ildən sonra onun ən uğursuz seriyasıdır.

Qeyd edək ki, 26 yaşlı hücumçu bu mövsüm "Real"da ümumilikdə 49 oyuna 32 qol vurub, 4 qol ötürməsi edib.