Misli Premyer Liqasının 31-cu turunda “Zirə” “Sumqayıt”ı qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 6-cı dəqiqəsində Giorgi Papunaşvili hesabı açıb. 45+1-ci dəqiqədə isə Martins Juniyor bakılıların üstünlüyünü iki qola yüksəldib.
52-ci dəqiqədə Bobir Abdixolikov buraxılan qollardan birinin əvəzini çıxsa da 89-cu dəqiqədə Salifu Suma yenidən fərqi iki topa yüksəldib – 3-1.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
31-ci tur
20 aprel
19:00. “Zirə” 3–1 “Sumqayıt”
Qol: Giorgi Papunaşvili, 6 (1-0), Martins Juniyor, 45+1 (2-0), Bobir Abdixolikov, 52 (2-1), Salifu Suma, 89 (3-1)
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Zirə İdman Komnpleksinin stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”