20 aprel 2025 18:31
105

MPL: “Şamaxı” “Kəpəz”ə qalib gəldi

Misli Premyer Liqasının 31-cu turunda “Şamaxı” “Kəpəz”i qəbul edib.

İki sahil”in məlumatına görə, qarşılaşmanın 27-ci dəqiqəsində Alfons Msanqa hesabı açsa da, 35-ci dəqiqədə Luis Paçu qonaqların bərabərlik qolunu vurub. 66-cı dəqiqədə fərqlənən Brahim Konate “Şamaxı”nı yenidən hesabda önə çıxarıb – 2-1.

Misli Premyer Liqası,

31-ci tur

20 aprel

16:30. “Şamaxı” 2–1 “Kəpəz”

Qollar: Alfons Msanqa, 27 (1-0), Luis Paçu, 35 (1-1), Brahim Konate, 66 (2-1)

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Kamran Bayramov.

Şamaxı şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”