20 aprel 2025 18:35
108

Yüksək Liqanın bürünc medalçısı bilindi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal qazanan komanda bəlli olub.

“İki sahil” xəbər verir ki, "Milli Aviasiya Akademiyası" mükafata sahib çıxıb.

Kollektiv üçüncü yer uğrunda ikinci görüşdə "Gəncə"ni 3:2 hesabı ilə məğlub edib.

İlk qarşılaşmada 3:1 hesabı ilə üstün olan "Milli Aviasiya Akademiyası" çempionatda bürünc medalı rəsmiləşdirib.

Bizim Telegram kanalımıza abunə olu