19 aprel 2025 13:44
128

"Arsenal" Entoni Qordonu istəyir?

"Arsenal"ın yay transfer pəncərəsi üçün əsas hədəflərindən biri müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

London təmsilçisi "Nyukasl"ın vingeri Entoni Qordonu transfer etməyi planlaşdırır.

"Topçular”ın baş məşqçisi Mikel Arteta 24 yaşlı futbolçunu şəxsən komandasında görmək istəyir.

Entoni Qordon bu mövsüm "Nyukasl"ın heyətində 36 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə verib.