19 aprel 2025 09:43
124

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçiriləcək

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir oyunu baş tutacaq.

“İki sahil” xəbər verir ki, bu gün Bakı İdman Sarayında keçiriləcək matçda "Naxçıvan" "Abşeron"la üz-üzə gələcək.

Qarşılaşma saat 14:00-da başlayacaq.

Bununla da pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.

Qeyd edək ki, bu raundun əvvəlki qarşılaşmalarında "Şəki" "Gəncə"yə 85:84, Neftçi” "Ordu"ya 93:84, "Sabah" isə "Sərhədçi"yə 90:64 hesabı ilə qalib gəlib.