YAP Bərdə rayon təşkilatı inzibati binanın ətrafında iməcilik və güləkmə aksiyası keçirib.
“İki sahil” xəbər verir ki, aksiya zamanı binanın ətrafında təmizlik işləri aparılıb, ərazi qurumuş kollardan təmizlənib, yerinə yeniləri əkilib.
Aksiyada YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya başda olmaqla Aparatın kollektivi və Bərdə Peşə Təhsili Mərkəzinin tələbələri olan YAP rayon təşkilatının könüllüləri iştirak ediblər.